Türk futbolçudan alman deputata cavab - FOTO

Türk futbolçudan alman deputata cavab - FOTO

Almaniyanın Alternativ Partiyasının millət vəkili Andrea Kersten əslən türkiyəli Almaniya yığmasının və “Arsenal”ın ulduz futbolçusu Məsut Özilin Məkkəyə getdiyi üçün millidən kənarlaşdırmasını istəyib. Fanat.az xəbər verir ki, almaniyalı xanım siyəsətçi futbolçunun bu hərəkətinin vətənpərvərliyə zidd olduğunu deyib. 

Kersten iddia edib ki, Məsut Məkkədən şəkil paylaşmaqla bildirmək istəyir ki, kişi və qadın münasibətləri eyni deyil. Siyəsətçi qeyd edib ki, Məsut eynicinslərin ölümlə təhdid olunması, namus üstündə cinayətlərə dəstək verdiyini göstərmək istəyib.

Andrea Kersten bu sözlərdən sonra futbolçunu Almaniya yığmasından kənarlaşdırılmasını təklif edib. Məsut Özil isə siyəsətçinin cavabını gecikdirməyib: “İnsanlara həmişə mənfi gözlərlə baxan adamlar olub və olacaq".

Futbolçu ötən həftə Məkkəni ziyarət edib. Məsut ziyarət zamanı çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb. Özil səfəri zamanı Dubayı da gəzib.

Türk futbolçudan alman deputata cavab - FOTO

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər