Türk futbolçu İtaliya klubunu Super Liqa təmsilçisinə dəyişdi

Türk futbolçu İtaliya klubunu Super Liqa təmsilçisinə dəyişdi

“Adana Dəmirspor” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi İtaliyanın “Verona” klubundan türkiyəli futbolçu Mert Çetini heyətinə qatıb.

26 yaşlı müdafiəçi bu mövsümün sonuna qədər satınalma şərti ilə icarəyə götürülüb. 

Türkiyədə daha öncə “Gənclərbirliyi”, “Hacettepe” və “Kayserispor”un formasını geyinmiş müdafiəçi, 2019-cu ildə İtaliyanın “Roma” klubuna transfer olunmuşdu. Bir il sonra “Verona”ya keçən Mert, bu mövsümün ilk dövrəsini “Leççe”də icarədə keçirib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər