Türk futbolçu İtaliya klubunda - RƏSMİ

Türk futbolçu İtaliya klubunda - RƏSMİ
"Fənərbağça” ilə vidalaşan Tolqay Arslanın yeni iş yeri bəlli olub.
 
Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçu İtaliyanın "Udineze” klubunda top qovacaq.
 
Bu barədə A Seriyası təmsilçisinin rəsmi saytı məlumat yayıb. Yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imzalayıb.
 
Tolqay Arslan 2019-cu ilin yanvarından "Fənərbağça”da çıxış edirdi. İstanbul klubunda 33 rəsmi oyuna çıxan futbolçu 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha öncə "Hamburq”, "Allemaniya” və "Beşiktaş”da da forma geyinib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər