"Lill"in futbolçusu Yusuf Yazıcı karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, informasiyanı nüfuzlu AS nəşri yayıb.
Mənbənin məlumatına görə, Fransa klubunda çıxış edən türkiyəli futbolçu "Əl-Şabab"ın diqqət mərkəzindədir. Ərəbistan təmsilçisi Yusufa illik 12 milyon avro maaş təklif edib.
27 yaşlı yarımmüdafiəçi "Lil" forması ilə ümumilikdə 135 matçda 29 qol və 15 məhsuldar ötürmə edib.
Nahid Ustaclı