Türk futbolçu bu hərəkəti ilə gündəm oldu - FOTO

Türk futbolçu bu hərəkəti ilə gündəm oldu - FOTO

Türkiyə 1-ci Liqasının 26-cı turunda "Erzurumspor"un "Ankaragücü"nü qəbul etdiyi matçda diqqət çəkən hadisə yaşanıb.

Fanat.Az xəbər verir ki, meydan sahibləri matçöncəsi isinmə hərəkətlərinə "Müharibəyə yox" köynəkləri ilə çıxıb. 

Türk futbolçu bu hərəkəti ilə gündəm oldu - FOTO Komandanın kapitanı Aykut Demirin əynində isə adi forma olub. Başqa sözlə, o, "müharibəyə yox" köynəyini geyinməyi rədd edib.

Türk futbolçu bu hərəkəti ilə gündəm oldu - FOTO

Futbolçunun bu hərəkəti sosial mediada gündəm olub. Aykut Demirin əvvəlki illərdə yaşayış məntəqəsinə atəş açmaq, həkimi döymək kimi hadisələrlə gündəmə gəldiyi vurğulanıb. O, 2016-cı il dekabrın 30-da keçirilən toy mərasimində hərbi orkestrin müşayiəti ilə salona tək daxil olub. Toyunda həm də ilahilər səsləndirilib. Mediada əks olunan fotoşəkillərdə gəlinin olmaması diqqət çəkib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər