Türkiyə Super Liqasının hesabat turunda keçirilən "Kayserispor" - "Antalyaspor" matçının final fitindən sonra meydan sahiblərinin futbolçusu Zeki Yavru əsəblərinə hakim ola bilməyib.
Fanat.az xəbər verir ki, türkiyəli oyunçu öz azarkeşinə hücum edib. Buna isə fanatların futbolçunu oyununa görə tənqid etməsi səbəb olub. Belə ki, qarşılaşma ərzində Zekinin uzaqdan qapıya zərbələr endirməsi və bunun heç birinin çərçivəyə doğru getməməsi azarkeşlərin etirazı ilə nəticələnib.
Oyundan sonra azarkeşə hücum etməyə cəhd göstərən futbolçunu "Antalyaspor"un ulduz oyunçusu Samuel Eto sakitləşdirə bilib.
Qarşılaşma isə 0:0 hesabı ilə başa çatıb.
Fanat.az