Turin klubunun çalışdırıcısı rus futbolçudan nə gözləyir?

Turin klubunun çalışdırıcısı rus futbolçudan nə gözləyir?

"Torino"nun baş məşqçisi İvan Yuriç sonradan daimi əsasda transfer etmək hüququ ilə "Atalanta"dan icarəyə götürdükləri rus futbolçudan - Aleksey Mirançukdan danışıb.

Fanat.Az xəbər verir ki, "Sos Fanta" Yuriçin söylədiklərini belə çatdırıb:

"Mirançuk yetərincə tez uyğunlaşacaq. Adaptasiyanın vaxt aparacağını düşünmürəm. O, Qasperininin rəhbərliyi altında çalışıb ki, bu da öz növbəsində üstünlük sayılır. Fikrimcə, Aleksey nə etmək lazım olduğunu yaxşı dərk edir. "Atalanta"da start heyət oyunçusu ola bilməyibsə, deməli, "Torino" onun üçün əla şansdır". 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər