Turin klubu rus futbolçudan əl çəkmir

Turin klubu rus futbolçudan əl çəkmir

İtaliyanın "Torino" klubu ötən mövsüm icarə əsasında formasını geyinən Aleksey Mirançuku heyətinə qaytarmaq istəyir.

Fanat.Az "Tuttosport"a istinadən xəbər verir ki, Turin təmsilçisi rus yarımmüdafiəçini sonradan transfer hüquqlarına yiyələnmək öhdəliyi ilə icarəyə götürməyə səy göstərir.

Xəbərə görə, hazırda turinlilər 27 yaşlı futbolçunun məxsus olduğu "Atalanta" ilə danışıqları davam etdirir. Mənbə Mirançuka əsas heyət üzvü gözü ilə baxmayan Berqamo təmsilçisinin qarşı tərəflə razılığa gələ biləcəyini vurğulayıb.

Qeyd edək ki, Mirançuk ötən mövsüm "Torino" forması ilə bütün turnirlərdə 31 matça çıxaraq 4 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər