Tovuzdakı futbol akademiyasının rəhbəri açıqlandı

Tovuzdakı futbol akademiyasının rəhbəri açıqlandı
Bu ilin yanvar ayında açılan "Turan Tovuz” futbol akademiyasına kimin rəhbərlik edəcəyi məlum olub.
Fanat.Az xəbər verir ki, FİFA, UEFA və AFFA-dan ayrılan vəsait hesabına ərsəyə gətirilən akademiyaya Adil Şükürov rəhbər təyin olunub. Onunla iki illik müqavilə bağlanıb. Mütəxəssis mart ayının əvvəlindən yeni vəzifəsinin icrasına başlayacaq.
Adil Şükürov 2015/16 mövsümündə "Zirə”nin baş məşqçisi olub. O, "Bakı” futbol akademiyasında çalışarkən müxtəlif yaş qrupları arasında bürünc, gümüş və qızıl mükafatlar qazanıb. (Futbol+)
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər