Misli Premyer Liqasının 2022/23 mövsümü Azərbaycan çempionatları tarixində ən çox oyun keçirən futbolçuların siyahısında dəyişikliklərə səbəb olub.
Fanat.Az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu göstəricidə rekordçu olan Rahid Əmirquliyev üstünlüyünü daha da artırıb.
İlk 6 yerin sahibi dəyişməyib. Elvin Məmmədov “Top-10”dakı mövqeyini yaxşılaşdırıb. O, 7-ci sıraya yüksəlib.
İki futbolçu isə “onluğ”a daxil olub. Asif Məmmədovla Vurğun Hüseynov “Top-10”-a qoşulub.
1. Rahid Əmirquliyev 451 2. Mahmud Qurbanov 421 3. Rəşad Sadiqov 392 4. Azər Məmmədov 388 5. Aslan Kərimov 382 6. Rəşad Abdullayev 378 7. Elvin Məmmədov 376 8. Asif Məmmədov 373 9. Aqil Məmmədov 363 10. Vurğun Hüseynov 362