Toni Kroos Pedridən üzr istədi: "Sən yaxşı futbolçusan"

Toni Kroos Pedridən üzr istədi: "Sən yaxşı futbolçusan"

Almaniyalı yarımmüdafiəçi Toni Kroos İspaniya millisinin futbolçusu Pedriyə müraciət edib.

Fanat.Az xəbər verir ki, Avropa çempionatının 1/4 finalında İspaniya və Almaniya arasında keçirilən oyunda Pedrini zədələyən Kroos ondan üzr istəyib. 

Xatırladaq ki, oyunu davam etdirə bilməyən Pedri 8-ci dəqiqədə meydanı tərk edib. 

Yarımmüdafiəçi ispan futbolçuya üzrxahlığını sosial şəbəkə hesabından belə çatdırıb: "Pedri, məni bağışla və tez sağal. Mən səni incitmək niyyətində deyildim. Sən yaxşı futbolçusan". 

Qeyd edək ki, oyun 2:1 hesabı ilə Luis de la Fuentenin komandasının xeyrinə başa çatıb. Beləliklə,  meydan sahibi Almaniya mübarizəni dayandırıb. 

34 yaşlı Kroos üçün ispanlarla matç onun karyerasında sonuncu olub. Belə ki, yarımmüdafiəçi hələ AÇ-2024 başlamazdan əvvəl turnirdən sonra karyerasını başa vuracağını açıqlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər