Tofiq Bəhramovun iştirak etdiyi matç futbol tarixinin ən yaxşı oyunları sırasında

Tofiq Bəhramovun iştirak etdiyi matç futbol tarixinin ən yaxşı oyunları sırasında
Yunanıstanın "Gazzetta" nəşri futbol tarixinin ən yaxşı 50 qarşılaşmasını müəyyənləşdirir. 
"Report"un məlumatına görə, nəşrin açıqladığı 22-ci belə matç azərbaycanlı hakim Tofiq Bəhramovun iştirak etdiyi 1966-cı il dünya çempionatının finalıdır.  
Həlledici oyun İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçirilib. İngiltərə və Almaniya millilərinin qarşılaşmasında əsas vaxt 2:2 hesablı heç-heçə ilə bitib. Əlavə vaxtda təşkilatçı ölkə yığması 2 qol vuraraq tarixində  ilk və hələlik yeganə çempionluğu qazanıb. 
Qeyd edək ki, Tofiq Bəhramov əlavə vaxtın 11-ci dəqiqəsində Ceffri Herstin Almaniyanın qapısına vurduğu qolu qeydə almaqla tarixi qərar verib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər