Tərlan Əhmədov: "İndiki futbolçuların 95 faizi yola salınacaq"

Tərlan Əhmədov: "İndiki futbolçuların 95 faizi yola salınacaq"

Azərbaycan Premyer Liqasının XXVIII turunda səfərdə "Səbail”i 4:1 hesabı ilə məğlub edən "Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov mətbuat konfransı keçirib.

 

Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyun haqda fikirlərini bölüşüb.

- Motivasiyasız, emosiyasız oyun idi. Bəlkə də futbolçularımız təzyiq altında olmadığı üçün belə oynadı. Məncə, bu cür oyunlarımız çox oldu. Sadəcə, futbolçularda özünəinam yox idi. Bəlkə də "Səbail” 3-cü pilləni təmin etdiyindən bir qədər rahat idi.

 

- Bu gün Lisenziyalaşdırma Komitəsinin qərarı verilib və 1-ci diviziondan heç bir klub Lisenziya almayıb… - Bu xəbəri sizdən eşidirəm. Hər halda, qərar qərardı. Oyun isə emosiyasız keçdi. Qərarı AFFA verib və buna hörmətlə yanaşırıq.

 

- Komandada qalacaqsınız? - Bazar ertəsi klub prezidenti ilə görüşümüz olacaq. Hər şey Zaur Axundovun qərarından asılıdı.

- Komandada qalacağınız təqdirdə, futbolçuların neçə faizi "Keşlə”də qalacaq?
- Qalacaq? Gəlin, gedənlərin faizini deyim. Komandamızda olan futbolçuların 95 faizi yola salınacaq.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər