Tərlan Əhmədov bu futbolçunu qovdu

Tərlan Əhmədov bu futbolçunu qovdu

AZAL Tural Hümbətovla yollarını ayırıb. Fanat.Az xəbər verir ki, bu barədə baş məşqçi Tərlan Əhmədov məlumat verib.

"Sumqayıt"la oyundan sonra (1:2) açıqlama verən baş məşqçi bildirib ki, Hümbətovun qovulmasına səbəb onun icazəsiz Rusiya klublarından birinə baxışa getməsi olub. Çalışdırıcı 23 yaşlı müdafiəçinin hansı kluba baxışa yollandığını açıqlamayıb.

Qeyd edək ki, 2015/16 mövsümünün əvvəlindən AZAL-da çıxış edirdi. Bu müddətdə 56 oyuna çıxan futbolçu 2 qol vurub. O, U-17 və U-21 yığmalarımızda oynayıb.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər