"Tennis mənim sevimli idman növümdü, artıq futbol oynaya bilmirəm" - Ronaldo

"Tennis mənim sevimli idman növümdü, artıq futbol oynaya bilmirəm" - Ronaldo
Ronaldo instaqram canlı yayımında keçmiş komanda yoldaşları - Devid Bekhem, Roberto Karlos, İker Kasilyas və Luiş Fiqu ilə söhbətləşib.
Fanat.Az xəbər verir ki, söhbət zamanı Ronaldo ən çox sevdiyi idman növünün tennis olduğunu qeyd edib:
"Tennis hazırda mənim sevimli idman növümdü. Zədələr səbəbindən artıq futbol oynaya bilmirəm. Hər oynayanda zədələnirdim.
Uzun müddət zədələrlə mübarizə aparmalı oldum. 2002-ci il mundialındakı çempionluq və "Real"a transferim mənə "ikinci həyat"ı bəxş etdi".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər