Avropada 2021/2022 mövsümünün futbolçusu mükafatının sahibi müəyyənləşib.
Fanat.Az xəbər verir ki, bu, Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.
Kərim Benzema (Fransa, “Real”) mövsümün oyunçusu adına layiq görülüb. O, komanda yoldaşı Tibo Kurtua (Belçika, “Real”) və Kevin de Breyneni (Belçika, “Mançester Siti”) üstələyib. Türkiyənin İstanbul şəhərində baş tutan tədbirdə həmçinin, ötən mövsümün ən yaxşı qadın futbolçusu da müəyyənləşib. Bu ada "Barselona"sının yarımmüdafiəçisi Aleksiya Putelyas layiq görülüb. O, səsvermədə İngiltərə "Arsenal"ının hücumçusu Bet Midi və Almaniya "Volfsburq"unun forvardı Lena Oberdorfı qabaqlayıb.