Ötən il meydana çıxan ən yaxşlı futbolçular açıqlandı

Ötən il meydana çıxan ən yaxşlı futbolçular açıqlandı

2023-cü ildə elit çempionatlarda meydana çıxmış ən yaşlı oyunçuların adları bəlli olub.

Fanat.Az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, birinci pillədə Farer adalarının "Ki Klaksvik" komandasının qapıçısı Geza Turi mövqe tutub.

Qolkiper mayın 14-də "HB Torshavn" ilə görüşdə (1:0) meydana çıxıb. Həmin vaxt macarıstanlı oyunçu 49 yaş 64 günündə olub.

İkinci sırada Bolqarıstanın "Slaviya" (Sofiya) klubunun "çərçivə qoruyucusu" Georgi Petkov (47 yaş, 222 gün) yer alıb. O, oktyabrın 22-də "Hebar"a uduzduqları (0:1) qarşılaşmada iştirak edib.

İlk "3-lüy"ü Honkonqun "Resources Kapital" kollektivindən Ho Kvok Çuen (46 yaş, 76 gün) qapayır. Qolkiper "HK U23" ilə matçda iş başında olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər