Ötən il bir oyunda ən çox qol vuran futbolçu bəlli oldu

Ötən il bir oyunda ən çox qol vuran futbolçu bəlli oldu

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) ötən ilin bir oyunda ən çox qol vuran futbolçularının siyahısını açıqlayıb.

Fanat.Az xəbər verir ki, Argentina millisinin və İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Xulian Alvares 2022-ci ilin bir oyunda ən çox qol vuran futbolçusu olub.

Lakin o, bunu “Mançester Siti”də yox, bu kluba transfer olunduğu “River Pleyt”də gerçəkləşdirib. Argentinalı hücumçusu Libertadores kuboku çərçivəsində baş tutan “Alyansa Lima” ilə oyunda 6 qol vurmağa nail olub. O, bu görüşün 15, 18, 41, 54, 57, 83-cü dəqiqələrində fərqlənib. Mayın 25-də baş tutan həmin matçda “River Pleyt” 8:1 hesablı qələbəyə sevinib.

Xatırladaq ki, Xulian Alvares yayda “River Pleyt”dən ayrılaraq “Mançester Siti”yə keçib.

Bir oyunda ən çox fərqlənən futbolçuların siyahısında 5 qol vuran 14 futbolçu var. Tam siyahını təqdim edirik:

Ötən il bir oyunda ən çox qol vuran futbolçu bəlli oldu

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər