Ten Haqdan MY-nin futbolçularına qeyri-adi cəza

Ten Haqdan MY-nin futbolçularına qeyri-adi cəza

İngiltərə Premyer Liqasının son turunda "Liverpul"a 0:7 hesabı ilə uduzaraq tarixinin ən ağır məğlubiyyətini alan "Mançester Yunayted"in baş məşqçisi futbolçularını sərt cəzalandırıb.

Fanat.Az xəbər verir ki, bu barədə "The Mirror" məlumat yayıb.

İddiaya görə, niderlandlı məşqçi səfərdə oynamalarına baxmayaraq, ertəsi gün səhər saatlarına məşq təyin edib. Üstəlik komandasını, "Liverpul" azarkeşlərinin və futbolçularının qələbə sevincini videoda izləməyə məcbur edib. Nəhayət, ten Hag oyunçulara belə bir şey təkrarlanarsa, hamısını B komandasına göndərəcəyini söyləyib. 

Mirağa  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər