İngiltərə futbolu yenə seks qalmaqalı ilə çalxalanır. Fanat.az xəbər verir ki, bu dəfə tələbə qızın evli futbolçudan hamilə qalması qalmaqala səbəb olub.
Məlumata görə, adı açıqlanmayan futbolçu 22 yaşlı qızla internet vasitəsi ilə danışıb və sonra ondan çılpaq şəkillərini göndərməsini istəyib. Daha sonra onlar görüşməyə başlayıb. Nəticədə qız hamilə qalıb.
İndi isə futbolçu onu uşağı abort etdirməyə məcbur edir. Hüquqi səbəblərdən adı açıqlanmayan futbolçunun iyun ayında uşağı dünyaya gətirəcək qıza 1,5 milyon dollar təzminant ödəmək məcburiyyətində qala bilər.
"The Sun"un məlumatına görə, futbolçu və tələbə qız ilk dəfə 5 ulduzlu oteldə görüşüb. Həmin vaxt futbolçunun ailəsi Böyük Britaniyadan kənarda olub. Onlar oteldə iki dəfə görüşərək yatağa giriblər.
Daha sonra isə futbolçu evinin yaxınlığında onun üçün ev kirayəyə götürüb və onlar tez-tez görüşməyə başlayıb. Lakin qız hamilə qaldıqdan sonra futbolçu uşağı abort etdirməsi üçün ona təzyiq etməyə başlayıb.
Fanat.az