"Təkcə qalib gəlmək yox, futbol göstərmək istəyirdik"

"Təkcə qalib gəlmək yox, futbol göstərmək istəyirdik"

"Çempionluğu daha əvvəl rəsmiləşdirməyimizə baxmayaraq, yenə də sevinirik". Fanat.Az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 28-ci turunun "Neftçi" ilə oyunundan (3:2) sonra "CBC Sport"a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Çempionluğu şərh edən təcrübəli mütəxəssis bugünkü qarşılaşma ilə bağlı da qısa danışıb:

"Oyuna ciddi hazırlaşmışdıq. Təkcə qalib gəlmək yox, azarkeşlər üçün yaxşı futbol göstərmək istəyirdik. Futbolçular bunu bacardılar. Rəhbərliyi, azarkeşlərimizi təbrik edirəm. Həmçinin"Neftçi"ni də. Yaxşı mübarizə apardılar. Bizim üçün asan olmadı".

 

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər