"Traktorsazi" Asiya Çempionlar Liqasının qrup mərhələsində Özbəkistanın "Paxtakor" klubunu qəbul edib və 2:0 hesablı qələbə qazanıb.
Fanat.az xəbər verir ki, 83-cü dəqiqədə matçın ikinci qoluna imza atan Seyid Ağayi qol sevincini tribunalara əsgər salamı verməklə qeyd edib.
Qeyd edək ki, bu oyunda Azərbaycana dəstək verən "Traktorsazi" fanatları “Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan, eybi yoxdu ölərəm mən, sən yaşa Azərbaycan” şüarını səsləndiriblər.
Fanat.az