Tarkan millimizin oyunu üçün futbola çağırıldı

Tarkan millimizin oyunu üçün futbola çağırıldı
Avstriyanın 21 yaşadək milli komandasının baş məşqçisi Verner Qreqoriç 3 gün sonra Avropa çempionatının seçmə mərhələ oyunu üçün millimizlə qarşılaşacaq heyəti açıqlayıb. Qreqoriç 22 futbolçudan ibarət əsas heyət çağırıb. Bundan başqa, daha 12 futbolçunun adı ehtiyat heyət üçün açıqlanıb.
Fanat.az xəbər verir ki, əsas heyətdə İngiltərə, Almaniya və İspaniyada oynayan 9 legioner var. Komanda bazar günü Bad Erlaxdakı düşərgədə bir araya gələrək hazırlıqlara başlayıb.
Qreqoriç zədələnən yarımmüdafiəçilər - Xristian Qartner ("Fortuna" Düsseldorf, Almaniya) və atası anqolalı, anası yunan olan Valentino Lazaronun ("Zalsburq") yerinə ilk dəfə Andreas Qruberə dəvət göndərib. Bundan başqa, topuğundan zədə alan kosova-alban mənşəli olan sol cinah müdafiəçisi İlli Sallahi ("Karlsrue", Almaniya"), Almaniya doğumlu Luis Şaub, hücumçu Bernd Qşvaydl ("Qrödiq"), Markus Bluç, eləcə də balkan mənşəli mərkəz yarımmüdafiəçisi Saşa Horvat ("Şturm") zədəli olduqlarından komanda ilə bazar günü bir arada ola bilməyiblər.
Qapıçılar: Daniel Baxmann ("Stok Siti", İngiltərə), Markus Kuster ("Mattersburq");
Müdafiəçilər: Lukas Quqqaniq ("Frankfurt", Almaniya), Lukas Yeqer ("Altax"), Filipp Linhart ("Real" M, İspaniya), Xristof Martşinko ("Austriya"), Filipp Mvene ("Ştutqart", Almaniya), Filipp Poş, Patrik Vessel (hər ikisi "Admira Vakker"), Xristian Şoissenqeyr ("Şturm"), Sebastian Vimmer ("Volfsburq", Almaniya);
Yarımmüdafiəçilər: Markus Bluç ("Admira Vakker"), Nikola Dovedan (LASK), Andreas Qruber ("Şturm"), Martin Rasner ("Qrödiq"), Luis Şaub ("Rapid"), Alessandro Şöpf ("Nürnberq", Almaniya), Tarkan Sərbəst ("Austriya"), Dominik Vidra ("Paderborn", Almaniya);
Hücumçular: Kevin Frizenbixler ("Austriya"), Mixael Qreqoriç ("Hamburq", Almaniya), Florian Qrilliç ("Verder", Almaniya).
Ehtiyat heyət: Aleksander Şlaqer, Xristian Derflinqer, Sandro Dyuriç, Roman Kerşbaum (hamısı "Qrödiq"), İvan Luçiç ("Bavariya", Almaniya), David Domey ("Hayduk", Xorvatiya), Daniel Rozenbixler ("Vakker"), Bernhard Luksbaxer (FAK), Tomas Murq, Yakob Kroytser (hər ikisi "Rid"), Sven Şpranqler ("Mattersburq"), Marko Kvasina ("Austriya").
Qeyd edək ki, Avstriya - Azərbaycan oyunu oktyabrın 9-da Bakı vaxtı ilə saat 20:30-da keçiriləcək. Oyun Sankt-Pölten şəhərinin 8 min tamaşaçı tutumuna malik olan NV Arenasında baş tutacaq. Tərəflərin ilk görüşündə Avstriya millimizə sentyabrın 4-də Mərdəkanda keçirilən görüşdə 2:0 hesabı ilə qalib gəlib.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər