Çempionlar Liqası tarixinin ən yaxşı 100 futbolçusunun adı açıqlanıb. Fransanın məşhur "L`Equipe" nəşri Çempionlar Liqası (Çempionlar Kuboku) tarixinin ən yaxşı oyunçularının reytinqini hazırlayıb.
Çempionlar Liqası tarixinin ən yaxşı futbolçusu “Real"ın klubunun əfsanəsi Alfredo Di Stefano seçilib. 2-ci pillədə daha bir “Kral” klubunun təmsilçisi Fransisko Hento qərarlaşıb. İlk "üçlük"də isə İtaliya futbolunun əfsanəvi müdafiəçisi Paolo Maldinidi.
İlk "beşlik"də “Barselona”ın hücumçusu Lionel Messi və “Real"ın futbolçusu Kriştiano Ronaldonun adı da var. Siyahıda sonuncu yerdə "Yuventus" klubunun qocaman ulduz qapıçısı Canluici Buffondu. 70-ci yerdə isə "Real"ın hazırkı baş məşqçisi Zinəddin Zidan qərarlaşıb.
İlk 20-lik
1. Alfredo Di Stefano
2. Fransisko Hento
3. Paolo Maldini
4. Lionel Messi
5. Kriştiano Ronaldo
6. Fil Nil
7. Ferens Puşkaş
8. Ektor Rial
9. Herd Müller
10. Raul Qonzales
11. Alessandro Kostakurta
12. Eysebio
13. Klarens Zeedorf
14. Yohan Kroyff
15. Xavi Hernandes
16. İker Kasilyas
17. Andres İnyesta
18. Xose Mariya Zarraqa
19. Fernando Moryentes
20. Edvin van der Sar
Əlavə edək ki, yanvar ayında Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2015-ci ilin yekunlarına əsasən, dünyanın ən yaxşı yarımmüdafiəçilərinin reytinq siyahısını dərc edib. Messi 165 xal yığaraq komanda yoldaşı Andreas İnyestanı qabaqlayıb. İnyesta 91 xal toplayıb. “Nyu-York Siti”nin italiyalı ulduzu Andrea Pirlo 51 xalla 3-cü pillədədir.
1) Lioen Messi ("Barselona", 165 xal)
2) Andreas İnyesta ("Barselona", 91 xal)
3) Andrea Pirlo (“Nyork Siti”, 51 xal )
4) Eden Azar (“Çelsi”, 22 xal)
5) Kevin Debruyne (“Volfsburq” və “Mançester Siti”, 22 xal)
6) Yaya Ture (“Mançester Siti” 13-xal)
7) Toni Kroos ("Real Madrid" 11- xal )
8) Luka Modriç ("Real Madrid" 11 -xal)
9) Hames Rodriges ("Real Madrid" 10-xal)
10) Xavyer Pastore (PSJ 10-xal)
Fanat.az