Tarixə düşən transgender futbolçular - FOTOLAR 

Tarixə düşən transgender futbolçular - FOTOLAR 

Futbol tarixinə uğurları ilə yox fərqli oryentasiyası ilə düşən idmançılar da var. 

Fanat.Az transgender futbolçulardan bir neçəsi haqda maraqlı məlumatları təqdim edir:

Mara Qomes 

Argentinanın ilk transseksual futbolçusu Mara Qomez cinsiyyət dəyişdirmə prosesi zamanı böyük çətinliklər yaşayıb.

“Bunun öhdəsindən gəlmək çətin idi. Əvvəlcə heç nə başa düşmədim, amma futbol bütün maneələri, ayrı-seçkiliyi dəf etməyə kömək etdi. Məni idmana bağlayan əsas səbəb fakt idi. Futbolu sevirəm, amma onu qadın olaraq oynamaq istəyirəm.

Biz hamımız insanıq.  Sonra - kişi, və ya qadın cinsinə ayrılırıq. Cinsiyyətimizin fərqi yoxdur, biz hər şeydən əvvəl insanıq. Futbol əvvəllər sırf kişi idmanı idi. Ancaq bu gün futbol hamı üçündür.

Tarixə düşən transgender futbolçular - FOTOLAR 

Rebekka Kuin

Kuin 2020-ci ildə transgender olduğunu idman ictimaiyyətinə açıqlayıb. Amma 26 yaşlı futbolçu bədəni ilə heç bir manipulyasiya etməyib və qadınlardan ibarət yığmanın tərkibində Tokio - 2020 Olimpiadasında qızıl medal qazanıb. 

Tarixə düşən transgender futbolçular - FOTOLAR 

Sapir Berman

Bu ilin Aprel ayında İsrail Futbol Federasiyası Sapir Berman adlı qadın hakimə təyinat verdi. Sapir buna qədər də  İsrail çempionatının oyunlarını idarə edirdi, lakin kişi cinsi və Sagi Berman adı ilə.

O, ilk transgender futbol hakimi olaraq tarixə düşdü. İsrail Futbol Federasiyası isə "Səninlə fəxr edirik" deyə Bermana dəstək nümayiş etdirdi.

Berman mətbuat konfransında "Uşaqlıqdan özümə qadın kimi baxmışam. Mən bir kişi kimi xoşbəxt və uğurlu idim. Bununla belə, sonda həqiqətən kim olduğumu göstərmək qərarına gəldim”, deyib.

Tarixə düşən transgender futbolçular - FOTOLAR 

Xanna Maunsi (Avstraliya futbolu)

28 yaşlı avstraliyalı futbolçu 2015-ci ildə cinsini dəyişmək qərarına gəlib. Gender keçidindən əvvəl Xanna Maunsi Kanberrada Amerikan futbolu üzrə kişilərdən ibarət komandada oynayırdı. O, 2016-cı ildə Avstraliya Qadın Futbol Liqasına müraciət etsə də, onun istəyi rədd edilib.

Yalnnız 2017-ci ilin 13 fevral tarixində Avstraliya Futbol Liqası tarixdə ilk dəfə transgenderə peşəkar səviyyədə qadınlardan ibarət komandada oynamağa icazə verib. AFL rəsmiləri bildiriblər ki, bütün idmançılar bərabər səviyyədə yarışa bilərlər.

Hannanın sözlərinə görə, özünü tam olaraq qadın kimi hiss edir və yarışlarda zərif cinsin nümayəndəsi olaraq uğur qazanmaq istəyir.

Tarixə düşən transgender futbolçular - FOTOLAR Tarixə düşən transgender futbolçular - FOTOLAR 

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər