Tanınmış futbolçuyla meneceri klub prezidentini döydülər - VİDEO

Tanınmış futbolçuyla meneceri klub prezidentini döydülər - VİDEO

"Espanyol"un mərkəz hücumçusu Raul de Tomasla agenti Madriddə qalmaqal yaradıblar.

Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, onlar "Rayo Valekano" klubunun prezidenti Martin Presa ilə münaqişə yaşayıblar. 

De Tomas komandaya qayıtmaq üçün cümə günü "Rayo Valyekano"nun rəhbərliyi ilə görüşdü. Lakin tərəflərin şərtləri razılaşdıra bilməməsi və transferlə bağlı razılığa gələ bilməməsi xüsusilə de Tomasın agenti İvan Qarsiyanı qəzəbləndirib.

Uğursuz danışıqlara üsyan edən Qarsiya "Rayo Valekano"nun prezidentinə yumruq vurub. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib, onun qırılan burnu gipsə salınıb. 

Martin Presa artıq məhkəməyə müraciət edib və polisə bildirib ki, əlində hücuma sübut kimi video da var.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər