“Mançester Yunayted”in hücumçusu Edinson Kavani (Edinson Cavani) “Adımın işığı” adlı kitabını təqdim edib.
Fanat.Az "New York Falk" saytına istinadən xəbər verir ki, kitab uşaqlar üçün nəzərdə tutulub.
“Bütün bunlar mənə çox məşhur bir insanın, Tomas Edisonun adının qoyulması ilə bağlıdır. O, elektrik lampasını icad edən dahi idi. Kitabım da adını məhz ordan alıb. Kitab həyatı kəşf etməyə meyilli və məsum bir oğlandan bəhs edir.
Mən yoxsul uşaqlara ümid mesajı vermək üçün ardımda nəsə qoyub getmək istəyirəm. Şəxsiyyətlərini dərk etmək onlara həyat yolunda təhlükəsiz irəliləməyə kömək edəcək”, - deyə 34 yaşlı futbolçu deyib.
Emin Şəmsiyev