Tanınmış futbolçunun bacısının intiharı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI

Tanınmış futbolçunun bacısının intiharı ilə bağlı CİNAYƏT İŞİ BAŞLANDI
Bakıda tanınmış futbolçunun bacısının intihar etməsi ilə bağlı cinayət işi başlanıb.
Fanat.az APA-ya istinadən xəbər verir ki, dekabrın 8-də Yasamal rayonu, Əhəd Əhmədov küçəsində kirayədə yaşayan 1992-ci il təvəllüdlü Sevinc Qırtımova yaşadığı binanın 18-ci mərtəbəsində özünü ataraq intihar edib.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd edək ki, S. Qırtımova Azərbaycan millisinin sabiq, "Keşlə”nin hazırkı futbolçusu İlkin Qırtımovun bacısıdır.
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər