Ötən gün "Facebook", "Whatsapp" və "İnstagram" sosial şəbəkələrində bir neçə saatlıq problem yarandığı üçün istifadəçilərin girişində məhdudiyyət olub.
Fanat.Az xəbər verir ki, problem aradan qalxdıqdan sonra "Tottenhem"in yarımmüdafiəçisi Lukas Moura (Lucas Moura) "Twitter" səhifəsində maraqlı paylaşım edib.
Braziliyalı futbolçunun sözlərinə görə, "Whatsapp" və "İnstagram"ın işləmədiyinə görə həyat yoldaşımla bir az söhbət etməyə vaxt tapdım. Sən demə o, yaxşı insan imiş"
Com a queda do WhatsApp e Instagram consegui conversar um pouco com a minha esposa. Muito gente boa ela
— Lucas Moura (@LucasMoura7) October 4, 2021
Emin Şəmsiyev