"Mançester Yunayted” klubunun sabiq futbolçusu Fil Nevill İngiltərənin qadınlardan ibarət milli komandasına baş məşqçi təyin edilib.
Fanat.Az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
41 yaşlı mütəxəssislə 2021-ci il Avropa çempionatının sonuna qədər müqavilə bağlanılıb.
Qeyd edək ki, Fill Nevill karyerası ərzində vətənində "Mançester Yunayted”lə yanaşı, "Everton”da çıxış edib. O, daha əvvəl "qırmızı şeytanlar”ın və İspaniyanın "Valensiya” klubunun məşqçilər korpusunda yer alıb.
Fanat.Az