"Aston Villa"nın futbolçusu Duqlas Luis tanınmış jurnalist Milton Nevesi "Aston Villa"nın qadınlardan ibarət komandasında çıxış edən sevgilisi Alisa Lemana qarşı cinsi ayrıseçkilikdə ittiham edib.
Fanat.Az xəbər verir ki, futbolçu idman jurnalistinin paylaşdığı videogörüntüyə qəzəblənib.
Braziliyalı jurnalist "Twitter"dəki videopaylaşımında izləyicilərini “İştirak və şərh et” başlığı ilə diqqəti qadın futbolçunun bədəninin müəyyən hissəsinə yönəltməyə çağırıb .
Luis isə Nevesi cinsiyyətçi davranışda, oyunçuya və qadın futboluna hörmətsizlikdə ittiham edərək bu paylaşıma belə reaksiya verib:
“Yaşlı adamsan, illərdir futboldasan. Ancaq qadın futboluna, sevgilim olan oyunçuya hörmətsizlik edən bir video yayımlayırsan. Hörmətin nə olduğunu hələ öyrənməmisiniz. Davranışınız qeyri-etikdir”.
Você já velho, anos no futebol e posta um vídeo que não respeita o futebol feminino e nem a própria jogadora que ainda por cima é minha namorada. não aprendeu o que é respeito é sacanagem! //t.co/2qfvck6Aij
— Douglas Luiz (@dgoficial) September 27, 2022
Milton Neves təzyiqlərdən sonra paylaşımını silib. Amma videogörüntü geniş yayılıb:
Mirağa