Braziliya hakimiyyət orqanları çirkli pulların yuyulması, valyutadan yayınma və cinayət təşkilatı kimi müxtəlif növ cinayətlərin törədilməsindən şübhələndikləri "ESPORTENET" bukmeker kontorunu araşdırır.
Fanat.Az Braziliya mətbuatına istinadən xəbər verir ki, Sergipe Federal Polisinin araşdırmaları nəticəsində cinayət şəbəkəsinin üzvlərindən birinin futbolçu olduğu üzə çıxıb.
Futbolçunun adı rəsmi olaraq açıqlanmır, çünki proses məxfilik şəraitində aparılır, lakin "Ge" nəşri onun Dieqo Kosta olduğunu iddia edir.
Globo qrupunun idman portalı qeyd edib ki, Kosta keçən ilin sonunda izahat verməli olub və polisi bukmeker kontorunun yalnız "müştərisi" olduğuna inandırmağa çalışıb.
"Atletiko de Madrid"in və "Çelsi"nin keçmiş oyunçusunun izahatları Federal Polisi qane etməyib. Təhqiqat aparan qrupun istəyi ilə ədliyyə orqanı hazırda komandasız olan 33 yaşlı Kostanın bank əməliyyatlarının açılmasına qərar verib.
Mirağa