Tanınmış futbolçu 44 matça pul qoyuluşu edib?

Tanınmış futbolçu 44 matça pul qoyuluşu edib?

Şotlandiya Futbol Federasiyası “Qlazqo Reyncers” klubunun futbolçusu  Coe Bartona qarşı ittiham irəli sürüb. Fanat.Az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi 1 iyul – 15 sentyabr tarixləri aralığında 44 matça pul qoyuluşu etməkdə şübhəli bilinir.

Şotlandiya qanunlarına görə, klub rəsmilərinin, oyunçularının və baş məşqçilərinin totalizatorlara pul qoyuluşu etməsi qadağandı.

 

İngilis futbolçu oktyabrın 12-nə qədər özünü müdafiə etməlidir. Onun taleyi haqqında son qərar isə həmin ayın 27-də veriləcək.

 

Qeyd edək ki, Barton karyerası ərzində “Mançester Siti”, “Nyukasl”, “Marsel” kimi klublarda çıxış edib.

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər