Tahir Gözəl Qurban Qurbanov və futbolçularla görüşdü - FOTOLAR

Tahir Gözəl Qurban Qurbanov və futbolçularla görüşdü - FOTOLAR

"Qarabağ"ın prezidenti Tahir Gözəl Macarıstanda "Ferenstvaroş"a qarşı keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi baş məşqçi Qurban Qurbanov və komanda üzvləri ilə görüşüb.

Fanat.Az Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, funksioner vacib qarşılaşmada kollektivə inandığını bildirib. O, komandaya uğurlar arzulayıb.

Qeyd edək ki, bu gün Budapeştdəki "Groupama Arena"da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər