Tacikistan Futbol Federasiyası (TFF) bütün futbol turnirlərini təxirə salıb.
Fanat.Az xəbər verir ki, COVİD-19 virusundan qorunmaq məqsədi ilə Tacikistanda bütün kütləvi tədbirlərin dayandırılması 3 turu geridə qalan elitaya da təsirsiz ötüşməyib.
Sözügedən ölkədə 10 may tarixinə qədər nəzərdə tutulan qabaqlayıcı tədbirləri əsas göstərən TFF əhalinin sağlamlığının daha vacib olduğunu vurğulayıb.
Fanat.Az