Super Liqa klubunun legionerləri qəzaya düşdü: futbolçu öldü

Super Liqa klubunun legionerləri qəzaya düşdü: futbolçu öldü
Türkiyədə Super Liqa klubunun futbolçularını daşıyan mikroavtobus qəzaya uğrayıb.
Fanat.Az xəbər verir ki, "Kayserispor"la XXX tur oyunundan qayıdan "Alanyaspor"un 7 futbolçusu - Stiven Kaulker, Dlacma, Baiano, Papis Sisse, Velinton, İsaak Saski və Jozef Sural geri dönmək üçün lüks mikroavtobus icarəyə götürüb. 
Nəqliyyat vasitəsi Antala-Alanya yolunda qəzaya düşüb. Nəticədə 7 futbolçu yaralanıb. Onlar təcili yardım maşınları ilə xəstəxanaya yerləşdirilib. 
Ağır yaralanan çex futbolçu Jozef Suralın həyatını xilas etmək mümkün olmayıb. 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər