Super Liqa klubunda iki ayrılıq, bir yeni futbolçu

Super Liqa klubunda iki ayrılıq, bir yeni futbolçu

“Fatih Karagümrük” heyətini yeni futbolçu ilə gücləndirib.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi “Trabzonspor”un dayaq yarımmüdafiəçisi Dimitrios Kurbelisi icarəyə götürüb.

30 yaşlı yunan futbolçu mövsümün sonuna kimi bu komandada çıxış edəcək.

Kurbelis bu mövsümün əvvəlindən formasını geyindiyi “Trabzonspor”da cəmi 6 oyuna çıxıb.

“Fatih Karagümrük” qapıçısı Matias Dituro və yarımmüdafiəçisi Brahim Darri ilə də yollarını ayırıb. Hər iki futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər