“Ankaragücü” heyətini yeni futbolçularla gücləndirib.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi elitanı tərk edən “Girəsunspor”dan Hayrullah Bilazer və Riad Bayiçi heyətinə qatıb.
Azad agent statusuna malik hər iki futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi olan 28 yaşlı Bilazer 2020-ci ildən formasını geyindiyi “Girəsunspor”da 92 oyuna 3 qol vurub.
Bosniya və Herseqovinadan olan 29 yaşlı hücumçu Bayiç isə “Girəsunspor”a 2022-ci ilin yayında cəlb olunmuşdu. O, bu komandada 35 oyuna 14 qol vurub. Bosniyalı forvard daha öncə Türkiyədə “Konyaspor” və “Başakşəhər”in də uğurları üçün çalışıb.
Published in Dünya futbolu,