“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi Yunanıstanın yığmasının və “Panatinaikos”un yarımmüdafiəçisi Dimitrios Kurbelisi transfer edib.
Azad agent statusuna malik 29 yaşlı futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
“Asteras”ın (Tripolis) yetirməsi olan Kurbelis 2017-ci ildən “Panatinaikos”da forma geyinirdi. O, Yunanıstan millisində 32 oyuna 1 qol vurub.