Super Liqa klubu iki yeni futbolçu ilə gücləndi

Super Liqa klubu iki yeni futbolçu ilə gücləndi

Türkiyənin “İstanbulspor” klubu heyətini yeni futbolçularla gücləndirib.

Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi “Eyüpspor”un nigeriyalı hücumçusu Emeka Ezeni heyətinə qatıb.

Bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb. İstanbul klubu 26 yaşlı futbolçunu icarəyə götürüb. Onun bu mövsümün sonuna kimi “İstanbulspor”da çıxış edəcəyi diqqətə çatdırılıb.

Eze 2022-ci ilin iyul ayından “Eyupspor”un formasını geyinir. O, daha öncə Türkiyədə “Adanaspor” və “Keçiörengücü” klublarının da uğurları üçün çalışıb.

“İstanbulspor” Super Liqanın digər təmsilçisi “Adana Dəmirspor”dan da Mahamadu Banı icarəyə götürüb. Malidən olan 23 yaşlı yarımmüdafiəçi də bu mövsümün sonuna kimi icarədə oynayacaq. O, 2022-ci ilin avqustundan “Adana Dəmirspor”da olsa da, əsas heyətə düşə bilmirdi.

“İstanbulspor” öz hücumçusu İbrahim Yılmazı isə “Eyüpspor”a icarəyə verib. 28 yaşlı forvardın bu mövsümün sonuna kimi aşağı liqa klubunda çıxış edəcəyi açıqlanıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər