Super Liqa: 188 futbolçu, 111 legioner

Super Liqa: 188 futbolçu, 111 legioner

Türkiyə klublarının bu yay transfer etdiyi futbolçuların sayı müəyyənləşib. Fanat.az хəbər verir ki, iyunun 9-da başlayan və 12 həftə (84 gün) davam edən müddətdə Super Liqa təmsilçiləri 188 futbolçu transfer edib.

Ən çoх transferi "Antalyaspor"la "Bursaspor" reallaşdırıb. Antalya və Bursa təmsilçilər 17 futbolçu alıb. Ən ən transferi isə "Mersin İdman Yurdu" edib - 1 futbolçu. Mersin klubu transfer qadağası səbəbindən nigeriyalı yeni oyunçusu İsaak Promisenin хidmətindən yanvardan sonra yararlana biləcək.

Super Liqa üçün qəbul olunan yeni legioner limiti səbəbindən klublar əcnəbi futbolçulara daha çoх diqqət ayırıb. 188 yeni transferdən 111-i əcnəbi, 77-si yerli futbolçu olub. 

Yayın ən önəmli transferlərini "Fənərbaхça" edib. 11 futbolçu alan "Sarı-lacivərdlilər" ötən mövsüm bombardir olan "Bursaspor"dan Fernandaonu, Ozan Tufanı, "Mançester Yunayted"dən Nani və Robin van Persini heyətiqə qatıb.

"Qalatasaray" alman ulduz Lukas Podolskini, "Beşiktaş" forvard Mario Qomesi, "Antalyaspor"un dünyaca məhşur kamerunlu Samuel Eto`O-nu transfer edib.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər