Şok açıqlama! Bu futbolçunu 1 milyard avroya satırlar

Şok açıqlama! Bu futbolçunu 1 milyard avroya satırlar
PSJ-nin prezidenti Nasir Əl Xalafi Kilian Mbappe ilə bağlı açıqlama verib.
Fanat.Az "Canal Plus"a istinadən xəbər verir ki, qətərli iş adamı gənc futbolçunun transferi ilə bağlı sualı belə cavablandırıb: 
"Məndən qiymət istəyirsiniz? Onun dəyəri 1 milyard avrodan artıqdı. Hə, 1 milyard avro dedim. Bəlkə bu qiymətə də satmaram"
Qeyd edək ki, PSJ Mbappeni ötən yayda "Monako"dan 25 milyon avroya icarəyə götürüb. Paris klubu bu yay 145 milyon avro ödəyib onu heyətinə qatacaq. 19 yaşlı Kamerun əsilli fransalı forvard bu mövsüm keçirdiyi 46 rəsmi matçda 21 qol vurub və 16 məhsuldar ötürmə edib.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər