Şmeyxel: “Futbol nə vaxtsa öz evinə qayıdıb?” - VİDEO

Şmeyxel: “Futbol nə vaxtsa öz evinə qayıdıb?” - VİDEO
AVRO-2020 çərçivəsində İngiltərə və Danimarka arasında keçiriləcək oyunla bağlı mətbuat konfransında ingilis jurnalistlərdən biri Kasper Şmeyxelə maraqlı və təvazökar bir sualla müraciət edib: "Futbol öz vətəninə qayıdır, bunun qarşısını almaq üçün nə edəcəksiniz?” 
Fanat.Az xəbər verir ki, Şmeyxel bu sualı heç də normal qarşılamayıb və özünəməxsus şəkildə cavablandırıb: "Futbol ümumiyyətlə öz vətəninə nə vaxtsa qayıdıb?”
Müxbir 1966-cı ili yada salmaq istəyərkən Kasper Şmeyxel "Mən Avropa çempionatından danışıram”, - deyə onun sözünü kəsib.
 
Həmin maraqlı dialoqun videosunu təqdim edirik:
 
Emin 
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər