Slovakiya millisində 5 futbolçu heyətdən kənarlaşdırıldı

Slovakiya millisində 5 futbolçu heyətdən kənarlaşdırıldı
Slovakiya milli komandası Azərbaycanla keçirəcəyi AVRO-2020-nin seçmə mərhələ oyunu üçün heyətində dəyişiklik edib. 
Fanat.az xəbər verir ki, bu barədə "Aktuality.sk" məlumat yayıb.
 
Komandanın baş məşqçisi Pavel Hapal yığmaya dəvət etdiyi 29 futbolçudan 5-ni Bakıya gətirməyəcək. 
Bunlar qapıçı Dominik Qreyf, müdafiəçi Lukaş Ştetina, yarımmüdafiəçilər Martin Xrien ilə Laslo Beneş və hücumçu Samuel Mrazdır.  
Qeyd edək ki, Slovakiya yoldaşlıq görüşündə İordaniyanı 5:1 hesabı ilə məğlub edib. Azərbaycan - Slovakiya oyunu iyunun 11-də "Bakcell Arena"da keçiriləcək. 
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər