"Real"ın müdafiəçisi Rafael Varan Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində "Mançester Siti" ilə oynanılacaq matç barədə fikirlərini bölüşüb.
Fanat.Az "Le Parisien"ə istinadən xəbər verir ki, fransız futbolçu sona qədər mübarizə aparacaqlarını bildirib:
"Söhbət "Real"dan gedir. Burada hər şey mümkündü. Situasiya nə qədər çətin olursa olsun, həmişə ümid var. "Real" forması məsuliyyətdi.
Bizi çətin oyun gözləyir, bunu bilirik, amma inanılmaz dərəcədə istəkliyik. Azarkeşlər qarşısında öhdəliyimiz var. Qələbə qazanacağımıza dair söz verə bilmərik, amma sona qədər mübarizə aparacağımızdan əmin ola bilərsiniz".
İlk görüşdə "şəhərlilər" səfərdə "Real"ı 2:1 hesabı ilə məğlub edib. Cavab matçı avqustun 7-də "Etihad" stadionunda oynanılacaq.
Fanat.Az