Simeone İspaniya futbolunun tarixinə düşdü - Rekord

Simeone İspaniya futbolunun tarixinə düşdü - Rekord

Bazar günü, mayın 12-də La Liqanın 35-ci turunun matçında "Atletiko" doğma meydanda "Selta"ya qalib gəlib (1:0).

Fanat.Az "Opta"-ya istinadən xəbər verir ki, bu, Madrid komandasının baş məşqçisi Dieqo Simeone İspaniyada işlədiyi müddətdə qazandığı 400-cü qələbə olub. 

Beləliklə,  argentinalı İspaniya futbolunda bir komanda ilə 400 qələbə qazanan ilk məşqçi kimi tarixə düşüb. 

Bundan başqa, 2011-ci ildən nin başçılığı altında madridlilər ümumilikdə 976 xal toplayıb. Bu rəqəm də rekordun təkrarlanması deməkdir. Simeone Luis Araqonesin göstəricisini təkrarlayıb (973).

İlk "5-lik"də həmçinin Xavyer İrureta (871), Ernesto Valverde (860) və Manuel Pelleqrini (814) yer alıb.

Qeyd edək ki, İspaniyada qələbə üçün üç xal sistemi 1995-ci ildən verilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər