Şeydayev ulduz futbolçu ilə komanda yoldaşı ola bilər

Şeydayev ulduz futbolçu ilə komanda yoldaşı ola bilər

"Qarabağ"dan ayrılan Ramil Şeydayev İspaniyanın "Barselona" klubunun sabiq futbolçusu Andres İnyesta ilə komanda yoldaşı ola bilər.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü ilə anlaşan Tailand təmsilçisi "Buriram Yunayted" 39 yaşlı yarımmüdafiəçini də heyətinə qatmaq istəyir.

Bunu klubun direktoru Nyuin Çidçob “Harianhaluan” nəşrinə açıqlamasında bildirib. O, Yaponiyanın "Vissel Kobe" komandası ilə vidalaşan ulduz futbolçunu transfer etmək niyyətində olduqlarını bildirib.

Xatırladaq ki, geridə qalan mövsümdə Azərbaycan Premyer Liqasının bombardiri olan Şeydayev "Qarabağ"la müddəti başa çatan müqaviləsini yeniləməyib. Buna onun məhz Tailanddan aldığı cəlbedici təklif səbəb olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər