"Sevilya" iki futbolçusunu göndərdi

"Sevilya" iki futbolçusunu göndərdi
PSJ Avropa Liqasının qrup mərhələsində "Qarabağ”ın rəqibi olan "Sevilya”nın qapıçısı Serxio Rikonu heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, Paris təmsilçisi 26 yaşlı qolkiperi 1 illik icarəyə götürüb. O, ötən mövsüm eyni qaydada "Fulhem”də çıxış edib.
"Sevilya" müdafiəçisi Simon Kyeri isə "Atalanta"ya icarəyə verib. 30 yaşlı futbolçu bir il İtaliya klubunda çıxış edəcək. Danimarka millisinin kapitanı yeni komandasında 4 nömrəli formanı geyinəcək.
 
"Sevilya" iki futbolçusunu göndərdi
Qeyd edək ki, "Qarabağ” qrup mərhələsində ilk oyununu sentyabrın 19-da Bakıda "Sevilya”ya qarşı keçirəcək. 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər