Sevgilisini döyən futbolçudan hər kəs üz çevirdi

Sevgilisini döyən futbolçudan hər kəs üz çevirdi

Sevgilisi model Harriet Robsona müxtəlif xəsarətlər yetirdiyinə görə həbsdə olan "Mançester Yunayted"in futbolçusu Meyson Qrinvuddan üz çevirənlərin sayı artmaqdadır. 

Fanat.Az "Sky Sports"a istinadən xəbər verir ki, sponsorlar və klubdan sonra hətta futbol simulyatoru "FİFA 22" də Qrinvuda "qapıları"nı bağlayıb. Belə ki, futbolçunun prototipi oyundan yığışdırılıb.

20 yaşlı ingilis hücumçunun törətdiyi əməldən sonra "Mançester Yunayted" məşqlərə gəlməsinə qadağa qoyub. Onun adı olan bütün məhsullar klubun saytından silinib. "Nike" da daxil olmaqla bir neçə sponsor oyunçu ilə əməkdaşlığı dayandırıb.

Kriştianu Ronaldu, Pol Poqba, Markus Reşford və David De Xea kimi komanda yoldaşları isə Meysonu "İnstagram"da izləmədən çıxarıblar. 

Qeyd edək ki, hazırda futbolçu polis nəzarəti altında müvəqqəti saxlama təcridxanasındadır.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər