"Atalanta"nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançuk karyerasını "Cenoa"da davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "Calciomercato" yayıb.
Mənbə Genuya təmsilçisinin baş məşqçisi Andrey Şevçenkonun Mirançuku sərəncamında görmək istədiyini vurğulayıb və 26 yaşlı yaşlı futbolçunun böyük ehtimalla, bu mütəxəssisin ilk transferi olacağını bildirib.
Daha öncə sözügedən orta xətt oyunçusu ilə A Seriyasının iki təmsilçisinin - "Torino" və "Sassuolo"nun maraqlandığı barədə informasiyalar yayılmışdı.
Mirançukun "Atalanta" ilə olan müqaviləsinin müddəti 2024-cü ilin yayına qədərdir. Bu mövsüm Berqamo komandasının formasıyla ümumilikdə 8 oyuna çıxan Rusiya millisinin üzvü nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat